BAĞLA

İNSAN RESURSLARI

"Azər Pak MMC" müvəffəqiyyətin və davamlı inkişafın ən əhəmiyyətli açarının insan olduğu şüuruyla "Əvvəl İnsan" anlayışından yola çıxmış və davamlı inkişaf edən bir İnsan Resursları İdarəetmə Sistemi yaratmağı qarşısına məqsəd qoymuşdur. Ən qiymətli varlığını "insan resursu" olaraq görən və bunu bir təşkilat mədəniyyəti olaraq mənimsəyən "Azər Pak MMC", işçilərini dəyər qatılacaq bir sərmayə olaraq görməkdə və onlardan aldığı güclə hədəflərinə qərarlı addımlarla irəliləməkdədir.

Tarixi iqtisadi təcrübə göstərir ki, insan amilini diqqətə almayan, insana dəyər verməyən, insan əməyini layiqincə qiymətləndirməyən və iş mühitində ədaləti qoruya bilməyən heçbir idarə etmə üsulu uzun müddət yaşama haqqına sahib deyildir. Bugün inkişaf etmiş ölkələrin iqtisadi, sosial təcrübəsi göstərir ki, qeyd edilən amillər diqqətə alındıqda müəssisələr sürətlə inkişaf edir, intelektual və peşəkar insanların ön plana çıxması üçün mühit yaranır.

Məhz bu insanlar idarəetmədə mühim nöqtələrə gəldiyi zaman müəssisənin davamlı və güvənli inkişafı təmin edilmiş olur. Bütün bu prinsipləri əsas götürərək biz - "Azər Pak MMC" olaraq insan amilinə dəyər verir və daima çalışanlarımızın istər şəxsi keyfiyyətləri, istərsədə karyera sahəsindəki keyfiyyətlərinin artırılmasını və uğurlu yerlərə gəlməsini təmin edirik.

Şirkətimizdə işə qəbul prosesinin əsas fəaliyyəti müəssisəyə peşəkar və intelektual kadrların cəlb edilməsidir. İşə qəbul şöbəsi İnsan Resurslarının önəmli bir hissəsi olmaqla ədalət, dürüstlük və doğru yanaşma meyarlarını əsas götürərək müəssisəyə uyğun namizədləri cəlb edir, vəzifəyə uyğunluğunu yoxlayır və müvafiq bölməyə yerləşdirir.

Biz, qurumdan daha çox bir ailə olduğumuza inanır, açıq münasibət və şəffaf bir idarəetmə anlayışı ilə yaradılan hər növ fürsətin, təklif olunan hər bir düşüncənin bizləri bir addım daha irəli aparacağını bilirik.

Çünki uğur və müvəffəqiyyətlərimizin sirri, komanda olaraq eyni yolda əl-ələ irəliləməmiz və əməkdaşlarımıza duyduğumuz sevgi və hörmətdir.